Türkiyə rəsmisi Fransanı Parisdə terror aktı baş vermədən öncə iştirakçı terrorçu ilə bağlı xəbərdar edib. SİA-nın "The Guardian"a istinadən verdiyi məlumata görə, Türkiyə Paris terrorunun iştirakçısı Ömər İsmayıl Mustafai bağlı Fransanın rəsmi orqanlarına iki dəfə xəbərdarlıq göndərib, lakin bununla bağlı Parisdə terror aktı reallaşdıqdan sonra cavab alıb.
Türkiyə rəsmisinin Fransaya verdiyi məlumata görə, Mustafai 2013-cü ildə Türkiyədə olmasına baxmayaraq onun ölkəni nə vaxt tərk etdiyi haqda məlumat olmayıb.
2014-cü ilin oktyabr ayında Türkiyə Fransaya 4 şübhəli ad göndərib, lakin o adların içərisində Mustafainin adı olmayıb. Yalnız 2014-cü ilin dekabr ayında və 2015-ci ilin iyun ayında Türkiyə hakimiyyəti Mustafai haqda Fransaya iki dəfə məlumat göndərib. Türkiyə rəsmisi bildirib ki, biz bu iki xəbərdarlığın qarşılığında Fransadan cavab ala bilmədik. Onun sözlərinə görə Türkiyə Fransadan yalnız Paris terror aktından sonra Ömər İsmayıl Mustafai haqda cavab ala bilib.
Qeyd edək ki, Ömər İsmayıl Mustafai Bataklan konsert salonuna təşkil edilən terror aktının iştirakçılarından biri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB