Paris yaxınlığında Montröy kəndində içində bir neçə "Kalaşnikov" avtomatı olan maşın tapılıb. Hazırda polis tərəfindən araşdırma aparılır. Bataklan konsert zalına hücumda üç qardaşın iştirak etdiyi və onlardan birinin qaçdığı ehtimal olunur.
Parisdə stadion yaxınlığında baş verən partlayışdan sonra kamikadzelərdən birinin üstündə Yunanıstanda qeydiyyata alınan Suriya pasportu tapılıb. Pasportun sahibi 25 yaşlı Ahmad Almohammadın Yunanıstandan keçərək gələn miqrant olduğu təsdiqlənib. Lakin pasportun oğurluq olma ehtimalı da var. Rəsmi orqanlar tələsməməyə, DNT analizinin nəticələrini və pasportun həqiqətən də kamikadzeyə aid olmasının təsdiqini gözləməyə çağırıblar.
Qeyd edək ki, ölənlərdən 20-nin DNT analizinin nəticələri hələlik bilinmir.
Hazırda yalnız kamikadzelərdən birinin Omar İsmail Mostafai olması təsdiqlənib. Onun atası və qardaşı da daxil olmaqla, ailəsindən 6 nəfər saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB