"Terrorçuların azadlığımızı əlimizdən almalarına icazə verməməliyik"
Maltanın Baş naziri Cozef Muskat da Parisdə baş vermiş dünyanı sarsıdan silsilə terror aktlarına münasibət bildirərək bütün Avropanın Fransa ilə həmrəy olduğunu vurğulayıb. O deyib: "Terroristlərin azadlığımızı əlimizdən almalarına icazə verməməliyik".
Maltaya qarşı hər hansı bir terror təhlükəsinin mövcud olmadığını bildirən C.Muskat, bununla belə, aidiyyəti qurumlara təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirmələrinin tapşırıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, Parisdəki terror aktları zamanı ölənlər arasında maltalıların olmasına dair məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB