Fransanın Strasburq şəhəri yaxınlığında TGV şirkətinə məxsus sürət qatarı relsdən çıxaraq çaya düşüb. Fransa informasiya agentlikləri xəbər verir ki, yerli KİV-lər qəza nəticəndə azı beş nəfərin həlak olduğu, 60-dək insanın yaralandığı barədə xəbərlər yayıblar. Sınaq reysi həyata keçirən qatarın körpüdən çaya yuvarlandığı və alışdığı bildirilir.
İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Hadisə yerinə Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları gəlib, onlarla təcili yardım maşını cəlb olunub. Yaralıların bəziləri qəza yerindən xəstəxanalara helikopterlərlə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB