Nasist terrorçu ifadə verəcək

Bütün dünyanın diqqətini özünə cəlb edən "Nasional-Sosialist" gizli təşkilatının fəal üzvlərindən olan Beate Sşepe istintaqa cəlb edildiyi aylar ərzində inadla susaraq bu günə qədər məhkəməyə ifadə verməkdən boyun qaçırıb. Almaniyanın BILD saytı xəbər verir ki, nasist terrorçu B.Sşepenin Münxen Yüksək Əyalət Məhkəməsinə gələn həftə üçün nəzərdə tutulan ifadəsi dekabrın 8-dək təxirə salınıb. Səbəb kimi onun yeni vəkili Herman Borxertin uzun müddətdən bəri planlaşdırdığı məzuniyyət göstərilir. Ekspertlər ifadənin vaxtının uzadılması səbəbindən Sşepenin məhkəmə qarşısında yenidən susacağını ehtimal edirlər.

Xatırladaq ki, gizli təşkilatın üzvləri 13 il ərzində ölkə ərazisində maneəsiz hərəkət edərək nifrət və ölüm toxumu səpirmişlər. Onlar 10 insanın qətlində iştirak etməkdə və əlbir fəaliyyət göstərməkdə ittiham olunurlar.

Qırx yaşlı Beate Sşepe isə qətl və qarətlərin hazırlanmasında iştirak etməkdə, terrorçu qruplaşmanın üzvü olmaqda təqsirləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə