İraqın bir şəhəri tamamilə İŞİD-dən azad edilib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Mosulun Sincar şəhəri tamamilə İŞİD-dən geri alınıb.
Bölgədə dünəndən aparılan əməliyyatlar nəticəsində şəhər bu gün səhər saatlarında alınıb. Şəhər Mosulun 120 kilometr qərbində yerləşir. Sincar təxminən bir il yarımdır ki, İŞİD-in işğalı altındadır.
Peşmərgə komandiri Səid Məmuzini bu barədə mətbuata məlumat verərək şəhərin səhər saatlarında azad edildiyini bildirib: "Şəhərin mərkəzində Kürdüstan bayraqları asılıb. İŞİD üzvləri hazırda Təlafər və Mosul tərəfə qaçır. Bu səhər şiddətli atışmalar nəticəsində yüzlərlə İŞİD nümayəndəsi öldürülüb".
Qeyd edək ki, şəhərdəki hərbi əməliyyatlara Cənubi Kürdüstan başçısı Məsud Bərzani başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB