Yunanıstanın nəqliyyat, səhiyyə, təhsil sisteminin işçiləri tətil edirlər
Yunanıstanı tətillər bürüyüb

Beynəlxalq kreditorların ölkədə sərt iqtisadi islahatların həyata keçirilməsi əvəzinə, yeni yardım fondları ayırması şərtləri əhalini qəzəbləndirib. Nəticə etibarilə, noyabrın 12-də daxili uçuşlar təxirə salınacaq, gəmilər limanda qalacaq, ictimai idarələr bağlı olacaq, xəstəxanalar yalnız təcili yardım işçiləri ilə işini davam etdirəcək, məktəblərin bəzilərində dərslər keçirilməyəcək.

Ekspertlərin fikrincə, keçirilən tətil Yunanıstanın yenidən seçilmiş Baş naziri Aleksis Tsipras üçün birinci yoxlama olacaq.

Baş nazir yanvarda sərt iqtisadi islahatları ləğv edəcəyini bildirsə də, sonra ölkənin avrozonadan çıxmaq təhlükəsi qarşısında güzəştə gedərək üçüncü yardım paketinin şərtlərini qəbul etməyə məcbur olub.

Bütün xəbərlər Facebook səhifəmizdə