Afrika Aİ-dən pul “qoparıb”

Miqrant axınının azaldılması üçün
Afrika Aİ-dən pul “qoparıb”

Avropa İttifaqının (Aİ) liderləri və onların afrikalı həmkarları Afrika ölkələrinə xüsusi yardım fondunun yaradılmasına razılıq veriblər. Fondun vəsaitlərindən Aİ-yə kütləvi immiqrasiyanın səbəblərinə qarşı mübarizədə istifadə edilməsi nəzərdə tutulur. Bu gün Maltada keçirilən Aİ-Afrika sammitində müvafiq məqsədlərlə 1,8 milyard avro ayırmaq qərara alınıb. Avropa Komissiyasının sədri Jan-Klod Yunker Aİ-yə üzv dövlətlərin fonda əlavə vəsaitlər təqdim edəcəklərinə və beləliklə, məbləğin ikiqat artacağına ümidvar olduğunu bildirib.

Siyasətçi deyib: "Afrikaya təcili yardım fondu Aİ-nin regionda ciddi problemlərə çevik cavab vermək cəhdlərini bir daha təsdiqləyir". Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, bu məqsədə çatmaq üçün "qeyri-leqal miqrasiyanın səbəblərinə qarşı mübarizə aparmaq və iqtisadi perspektivləri, hüquq bərabərliyini, təhlükəsizliyi və inkişafı yaxşılaşdırmaq" lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə