Fransada miqrant-polis toqquşması

Kale limanına gedən 250 miqrant polisin müqavimətinə rast gəlib
Fransada miqrant-polis toqquşması

Dünən gecə Fransanın Kale səhərində miqrantlarla asayiş keşikçiləri arasında yeni qarşıdurmalar baş verib. Fransanın "20minutes.fr" saytı xəbər verir ki, Kale limanına gedən 250 miqrant polisin müqavimətinə rast gəlib. Miqrantlar gecə saat 11-dən səhər 4-dək yola dəfələrlə müxtəlif əşyalar yığaraq avtomobillərin sürətini azaltmağa və bu yolla yük maşınlarının arxasında La Manşdan keçərək İngiltərəyə getməyə cəhd göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə