Portuqaliyada sol qüvvələr hakimiyyətə gələ bilər

Portuqaliyada sol qüvvələr hakimiyyətə gələ bilər

Portuqaliyada bu ay keçirilmiş parlament seçkilərində 50 faizdən artıq səs toplamış sol siyasi partiyalar birləşərək hazırkı sağ-mərkəzçi hakimiyyəti istefaya göndərməyə hazırlaşır. Ölkənin Sosialist, Kommunist partiyaları və sol blokun liderləri arasında keçirilmiş görüş bu qərarın qəbul edilməsi ilə yekunlaşıb.

Seçkilərdə sağ-mərkəzçi partiya ən çox səs toplasa da, bu, təkbaşına hakimiyyət qurmağa kifayət etməyib. Portuqaliya Prezidenti Anibal Kavaku Silva isə öz səlahiyyətindən istifadə edərək hökumətin qurulmasını məhz sağ-mərkəzçilərə həvalə etmişdi.

Sol siyasi təşkilatların hazırkı hökuməti istefaya göndərmək planı baş tutarsa ölkədə növbədənkənar parlament seçkiləri təyin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə