Çexiyalılar qaçqın axınından narahatdırlar

Çexiyalılar qaçqın axınından narahatdırlar

Çexiya vətəndaşlarının 69 faizi qaçqın axını ilə əlaqədar qorxu keçirir, 83 faizi isə qorxunu islam dininin Çexiya Respublikasında genişlənmə ehtimalı ilə izah edirlər. Bu, STEM agentliyinin sentyabr ayında keçirdiyi sorğunun nəticələridir. Sorğuda 925 nəfər iştirak edib. Qaçqınlara ehtiyatla yanaşanlar daha çox yaşlı insanlar və ali təhsili olmayanlardır. Tədqiqatın yekun hesabatında bildirilib ki, respondentlərin 30 faizi islam və qaçqınlarla bağlı "təlaş içindədir". Sorğunun təşkilatçıları əldə edilən məlumatı təhlil edərək onu da bildiriblər ki, söhbət qaçqınlardan və islamdan düşəndə respondentlərin çoxu öz qorxularını terror hücumu və mütəşəkkil cinayətkarlıqla əlaqələndirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə