Kanadanın yeni baş naziri seçilmiş Castin Trudeaunun noyabrın 4-də andiçmə mərasimi keçirilib. 43 yaşlı Trudeau Kanadanın 23-cü baş naziridir. O, ölkənin tarixində ən gənc ikinci baş nazir, bundan başqa keçmiş baş nazirin oğludur. Trudeau kabinetdə vəzifələrin kişilərlə qadınlar arasında bərabər bölünməsinin tərəfdarıdır. Bunun səbəbini soruşanda o buna belə cavab verib: "Çünki 2015-ci ildir".
Nazirlər Kabinetində baş nazir də daxil olmaqla 31 nazir var.
Qeyd edək ki, çərşənbə axşamı Kanadada keçirilən parlament seçkilərində Trudeaunun rəhbərlik etydiyi Liberallar Partiyası qalib gəlib. O, bununla Mühafizəkar Partiyasından olan keçmiş baş nazir Stephen Harper hökumətinin təxminən 10 illik hakimiyyətinə son qoydu.
Keçmiş məktəb müəllimi olan Trudo ilk dəfə parlamentə 2008-ci ildə seçilib və 2013-cü ildə Liberllar Partiyasının sədri seçilib.
Liberallar Partiyası 2006-cı ildən bu yana üç dəfə dalbadal seçkilərdə Mühafizəkarlar Partiyasına məğlub olub.
O, seçki kampaniyası ərəfəsində varlılar üçün vergilərin artırılması, orta təbəqə üçünsə əlsinə azaldılması, habelə iqtisadiyyatı bərpa etmək üçün infrastruktur xərclərinin artırılması və ABŞ-la münasibətlərin yaxşılaşdırılmasını vəd eləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB