Dünya Bankı 38 milyon dollar vəsait ayırıb
Dünya Bankı Aral gölündəki qurumanın Mərkəzi Asiya ölkələri üçün yaratdığı iqlim dəyişikliyinə və ətraf mühitə verdiyi zərərə görə 38 milyon dollar vəsait ayırdığını açıqlayıb.
Bankın Daşkənddəki nümayəndəliyindən edilən şərhdə, bu vəsaitin 9 milyon dollarının Tacikistandakı və 14 milyon dollarının Özbəkistandakı layihələrdə istifadə olunacağı bildirilir. Qalan 15 milyon dollar isə Beynəlxalq İcra Komitəsinin layihələrində istifadə olunacaq və bölgədəki digər ölkələr iki il müddətinə bu proqrama daxil ediləcək.
1960-cı illərdən etibarən qurumağa başlayan Aral gölü 90 faiz kiçilərək ikiyə bölünüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB