Cənubi Sudanın paytaxtı Jubada yük təyyarəsi qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəza nəticəsində 40 nəfər həlak olub. Təyyarə hərəkət etdikdən qısa bir müddət sonra qəzaya uğrayıb.
Ölkənin paytaxtında yerləşən Juba Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən və "Sudan Tarco Air" şirkətinə məxsus olan təyyarə bir müddət bundan əvvəl də məlum olmayan səbəblərdən dolayı itkin düşüb.
Qeyd edək ki, təyyarə Rusiya istehsalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB