İranda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, universitet tələbələri tərəfindən həyata keçirilən aksiyada ABŞ və İsrailə qarşı etiraz nümayiş etdirilib.
Tehranda keçmiş ABŞ səfirliyinin qarşısında keçirilən mitinqdə İran Respublikasının Baş prokuroru İbrahim Rəisi də çıxış edib.
O bildirib ki, ABŞ-ın qaradərililərə qarşı tətbiq etdiyi təzyiqlər bu ölkənin müasir köləlik anlayışına söykəndiyini göstərir.
O bildirib ki, ABŞ İrana qarşı həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən təzyiq edir: "Əgər ABŞ-ın törətdiyi cinayətlərin siyahısını hazırlasaq bu çox uzun və sonu olmayan bir siyahı olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB