ABŞ-ın Miçiqan əyalətinin Flint şəhərində polis 7 yaşındakı ibtidai sinif şagirdini qandallayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, polis uşağı özünə və yoldaşlarına təhlükə yaratdığı üçün qandalladığını bildirib.
Belə ki, "Brownell STEM Academy" adlı məktəbdə təhsil alan ibtidai sinif şagirdi əl arabasına təpik atdığına görə bölgəyə polis cəlb olunub. Polis dərhal uşağı qandallayaraq ev aparıb.
Uşağın anası övladını polis maşınında və əlləri qandallı görərək təəccüblənib. Polis valideynə uşağın özünə və yoldaşlarına təhlükə yarada biləcəyini bildirib.
Valideyn polisdən qandalları çıxartmağı tələb edib. Polis isə yanında açarların olmadığını bildirib. Uşağın anası polisi şikayət edib. Hazırda polislə bağlı istintaq işi başladılıb.
Qeyd edək ki, belə hallar ABŞ-da ilk dəfə baş vermir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB