Türkiyədə növbəti terror aktı 2 şəhid

Türkiyədə növbəti terror aktı 2 şəhid

Türkiyənin Hakkari vilayətində aparılan hava əməliyyatları zamanı təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, atışmada 2 mütəxəssis əsgər şəhid olub, 15 terrorçu isə öldürülüb.

Bu barədə məlumatı Türkiyənin Baş Qərargah rəisi yayıb.

Məlumatda bildirilib ki, 3 noyabr tarixindən başlayan hərbi hava əməliyyatları dayanmadan davam edəcək. Təhlükəsizlik qüvvələri bölgədəki terror qruplaşmalarının axtarışını davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə