Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ədalət və İnkişaf (AK) Partiyasının yenidən yeganə iqtidar olması münasibətilə təbrik edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kremlin mətbuat xidməti məlumat verib ki, ötən gün Putin Ərdoğanla telefon danışığı həyata keçirib.
Vladimir Putin Ərdoğanı AK partiyanın seçkilərdə qalib gəlməsi münasibətilə bağlı təbrik edib. Telefon görüşü zamanı Putin Ərdoğanla Rusiya və Türkiyə arasındakı əməkdaşlıqdan da söhbət açıb.
İki prezident arasında siyasi dialoq da yaşanıb. Putin Ərdoğanı Suriyadakı son vəziyyətlə bağlı məlumatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB