Düsseldorf beynəlxalq hava limanında, təyyarələrin uçuş-enmə zolaqları arasında İkinci Dünya müharibəsindən qalan partlamamış bomba aşkarlanıb və buna görə bir saatlığına təyyarələrin hərəkət zolağı bağlanılıb.
Bomba qazma işləri zamanı təsadüfən tapılıb.
Xilasetmə işçiləri ərazinin təhlükəsizliyini təmin etdikdən sonra bomba mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Uçuş-enmə zolaqları arasında olan 125 kiloqram ağırlığında bombanın məhvi təxminən bir saat davam edib.
Tapılan bomba 37 təyyarənin uçuşuna təsir edib, 7 reys tamamilə ləğv edilib.
Tarixi faktlarda İkinci Dünya müharibəsi zamanı ümumi həcmi 1,5 milyon ton olan partlayıcıların Almaniya ərazisinə atıldığı öz əksini tapıb. Almaniyada hər il minlərlə partlamamış bomba tapılır və məhv edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB