Nepalda çoxlu sayda sərnişin daşıyan avtobus dağ yolunda dönərkən uçuruma yuvarlanıb. Paytaxt Katmandunun şimal-qərbində baş vermiş hadisədə 30 nəfər ölüb, 35-i isə yaralanıb. "Milliyet.com" xəbər verir ki, Nepal hökumətinin səlahiyyətlisi Şiv Ram Qelal avtobusun Ramçe kəndi yaxınlığında yoldan çıxdığını və 150 metrlik hündürlükdən aşağıya yuvarlandığını deyib. O, polis, əsgər və kəndlilərin kömək üçün hadisə yerinə gəldiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB