Moskvadan qəzaya uğramış təyyarə ilə bağlı Açıqlama

Kreml sözçüsü Dmitri Peskov Rusiyaya məxsus sərnişin təyyarəsinin Misirin Sina yarımadasında qəzaya uğraması ilə bağlı açıqlama verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Peskov bildirib ki, bu qəzanın Rusiyanın Suriyada apardığı əməliyyatlarla heç bir bağlılığı yoxdur.

Peskov Moskvada gündəlik mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, Rusiyanın Suriyada apardığı əməliyyatları bu qəzaya səbəb kimi qələmə vermək olmaz. Onun sözlərinə görə, bu iki məsələ biri-birindən tamamilə fərqlənir.

Peskov qeyd edib ki, təyyarə qəzasında heç bir terror aktı qeydə alınmayıb, məhz buna görə də terrorçuların hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Qeyd edək ki, Misirin Sina yarımadasında qəzaya uğrayan təyyarədə 224 sərnişin olub.

Bütün xəbərlər Facebook səhifəmizdə