İstanbula 83 xarici jurnalist gəlib

İstanbula 83 xarici jurnalist gəlib

Türkiyə Böyük Millət Məclisinə keçirilən növbədənkənar seçkilərlə bağlı İstanbula 83 xarici jurnalist gəlib. Türkiyə Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən mətbuat, yayım və informasiya baş idarəsinin (BYEGM) İstanbul vilayət müdirliyindən azərtac-a verilən məlumata görə, seçkilərlə bağlı ümumilikdə 185 nəfər KİV nümayəndəsi qeydiyyatdan keçib. Onların arasında Türkiyədə daimi fəaliyyət göstərən 37 əcnəbi jurnalist də daxil olmaqla, 120 xarici media təmsilçisi var. KİV nümayəndələrinin azad fəaliyyəti üçün bütün şərait yaradılıb.

BYEGM İstanbulda seçkilərlə əlaqədar mətbuat mərkəzi də təşkil edib. Yerli vaxtla saat 18.00-dan sonra burada KİV nümayəndələrinə səsvermənin nəticələrinə dair məlumatlar veriləcək.

Xatırladaq ki, səsvermə yerli vaxtla saat 18.00-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə