Misirdən Rusiya istiqamətində hərəkət edən Rusiyanın "Metrojet" hava limanına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təyayrə havaya qalxdıqdan 23 dəqiqədən sonra Sina yarımadasında qəzaya uğrayıb.
Təyyarənin içində 12 nəfər azyaşlı olmaqla 224 nəfər sərnişin olub.
İlkin məlumatlara görə, təyyarənin motorunda texniki problem yaranıb və qəzadan əvvəl təyyarə pilotunun rotanı dəyişmək və təcili olaraq Qahirəyə enmək istədiyi bildirilib.

Təyyarədə səyahət edən 224 nəfərin hamısı rusiyalı turistlər olub. Təyyarə ilə əlaqə kəsilən zaman onun surəti 1.8 km sürətlə azalıb.
"Sharm el Seyh" hava limanından Rusiya istiqamətində hərəkət edən "Airbus A321" tipli sərnişin təyyarəsi ilə havaya qalxdıqdan 23 dəqiqə sonra Sina səhrasında əlaqə kəsilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB