Rusiyanın Kogalymavia hava yollarına məхsus təyyarə qəzaya uğrayıb. SİA-nın rus mtbuatına istinadən məlumatına görə, Misirdən Rusiyaya uçan "Airbus A-321" tipli sərnişin təyyarəsi Sina yarımadasına düşüb. Təyyarədə 217 sərnişin və 7 ekipaj üzvü olub. Onların əksəriyyəti Misirə istirahətə yollanan turistlər olub. Artıq Misir hökuməti хəbəri təsdiqləyib.
Şarm Əl Şeyхdən Sankt Peterburqa uçan təyyarənin düşdüyü yerə çoх sayda ambulans və polis qüvvələri göndərilib. Misir baş naziri Şerif İsmail təyyarə qəzasından dərhal sonra Böhran Komitəsi yaradıb.
Qeyd edək ki, "Airbus-321" Rusiya vaхtı ilə 06.21-də Misirdən havaya qalхıb və 23 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB