Egey dənizində qaçqınları daşıyan daha iki qayıq batıb və nəticədə Türkiyədən Yunanıstana gedən daha 21 mühacir həyatını itirib. Euronews telekanalı xəbər verir ki, oktyabrın 30-na keçən gecə Kalimnos adası yaxınlığında qaçqınları daşıyan qayıqların batması nəticəsində 18 nəfər həlak olub, bu gün səhər isə Rodos yaxınlığında daha 3 cəsəd aşkarlanıb.

Bütün bu təhlükələrə, havanın soyumasına və güclənən qasırğalara baxmayaraq, Aralıq dənizi vasitəsi ilə Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya qaçqın axını azalmaq bilmir.

Bu ərəfədə Lesbos adası yaxınlarında mühacirlərlə dolu bir neçə qayıq qəzaya uğrayıb. Hadisə zamanı həyatını itirənlərin arasında 5 uşaq da olub. "Uşaqları xilas edək" beynəlxalq xeyriyyə təşkilatının məlumatına görə, sentyabrın 2-dən oktyabrın 26-dək Egey dənizini keçməyə cəhd edərkən 69 uşaq həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB