Suriyanın Kuneytra bölgəsində, Qolan təpələri yaxınlığında İŞİD-in "xüsusi qrupu" adı verilən birlik tam heyət olaraq Suriyanın hökumət ordusuna könüllü şəkildə təslim olub. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, kəşfiyyatda olan Suriyalı bir əsgər bildirib ki, Kuneytra bölgəsində gedən hərbi əməliyyatlar müvəffəqiyyətlə başa çatıb.
Hərbi əməliyyatlar zamanı İŞİD-in "xüsusi qrupu" Suriya əsgərləri tərəfindən əsir götürülüb.
Məlumatda bildirilib ki, Xan Ərnabi yaxınlığında gedən atışma zamanı 50-dən çox terrorçu mühasirəyə alınıb. Komandirləri Mücahid İbn Zara öldükdən sonra terrorçular da könüllü şəkildə təslim olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB