Bəşər Əsəd qüvvələri Suriyanın paytaxtı Dəməşqdə hərbi əməliyyatlar aparıb. SİA-nın məlumatına görə, Dəməşqin Duma mahalında təşkil edilən hərbi əməliyyatlar zamanı 47 nəfər vətəndaş həlak olub, 100 nəfər isə yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib.
Hökumət qüvvələri Dəməşqin şərqi Quta bölgəsində, müxalifətçilərin nəzarətində olan Duma mahalının 11 bölgəsində hərbi əməliyyat aparıb.
Məlumatda bildirilib ki, əməliyyatın aparıldığı bölgələr böyük dağıntıya məruz qalıb.
Qeyd edək ki, dünən də hökumət qüvvələri tərəfindən Duma mahalında aparılan hərbi əməliyyatlar zamanı 14 nəfər vətəndaş həlak olub, 25 nəfər vətəndaş isə yaralanıb.
Duma mahalı 3 ildir ki, müxalifətçi qüvvələrin nəzarəti altındadır. Mahal elektrik enerjisindən və içməli sudan məhrum edilib. Əhali içməli suyu quyulardan əldə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB