Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizəd üzvü Donald Tump prezident olduqdan sonra İsraili qoruyacağına söz verib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə Tump bildirib ki, hazırda ABŞ prezidenti olan Barak Obama İsrailə nifrət edir.
Donald Tump Nevada ştatında seçki kampaniyası ilə bağlı seçicilərə müraciət edib. Bu zaman seçicilərdən biri İsrailin adını şüar kimi səsləndirib. Tump həmin şəxsə belə qarşılıq verib: "Birinin gözəl İsrailin adını çəkdiyini eşitdim. İsraildəki bir çox dostum nə baş verdiyini bilmir. Obamanın İsrailə nifrət etdiyini düşünürlər. Məncə də o, İsrailə nifrət edir".
Digər tərəfdən Tump ABŞ-ın İranla imzaladığı nüvə razılaşmasını da tənqid edib.
Qeyd edək ki, Tump bundan əvvəl də prezident Obamanın İsrailə nifrət etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB