Rusiya, Türkiyə, ABŞ və Səudiyyə Ərəbistanın Xarici İşlər nazirlərinin birgə iştirakı ilə Vyanada qeyri rəsmi Suriya konfransı keçirilib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, rəsmi Dəməşqin ən əhəmiyyətli müttəfiqlərindən biri olan İran da konfransda iştirak edib.
Dünən baş tutmuş konfransda ABŞ və Rusiyanın Xarici İşlər nazirləri Con Kerri və Sergey Lavrov iştirak edib. Konfransın gün boyu davam edəcəyi bildirilib. Bu gün isə görüş İran, Misir, Qatar, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İngiltərə, Fransa və Almaniyanın iştirakı ilə də davam etdiriləcək.
Bugünkü görüşdə ən əhəmiyyətli məqam isə konfransda İranın da iştirak etməsidir. İran ilk dəfədir ki, ABŞ və Səudiyyə Ərəbistanın razılığı ilə Suriya müzakirələrində çıxış edir.
Məlumata görə ABŞ və İranın Xarici İşlər nazirləri Con Kerri və Cavad Zərif konfransdan əvvəl görüşüblər.

Konfransa ümumilikdə 17 ölkənin qatılacağı bildirilib. Konfransa Rusiya, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistan və İranla yanaşı Çin, İraq, Livan, Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İngiltərə, Fransa, Almaniya və İtaliyadan da nümayəndələr iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB