“Taliban” silahı yerə qoydu zəlzələyə görə

“Taliban” silahı yerə qoydu zəlzələyə görə

Əfqanıstanda fəaliyyət göstərən "Taliban" hərəkatı zəlzələnin dağıdıcı təsirinə məruz qalan ərazilərdə atəşi müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Zabiullah Mücahid deyib: "Biz döyüşçülərimizə zəlzələ zamanı zərər çəkənlərə yardım edən insanlara, həmçinin Kabil administrasiyasının nümayəndələrinə hücum etməməyi tapşırmışıq".

Lakin nümayəndə atəşkəs rejiminin tətbiq olunacağı əyalətlər və müvəqqəti sülhün müddəti barədə heç bir informasiya verməyib.

Xatırladaq ki, oktyabrın 26-da Əfqanıstanda 7,5 bal gücündə dağıdıcı zəlzələ və ardınca 4,8 bal gücündə daha yeddi yeraltı təkan qeydə alınıb. Son məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 400 nəfəri ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə