Dini qaydaların hakim olduğu İran cəmiyyəti üçün qeyri-adi, indiyədək görünməmiş bir hadisə baş verib. İran İslam İnqilabından sonra ilk dəfə olaraq qadın səfir təyin edilib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfğam İranın Malayziyadakı səfiri təyin olunub.
Yerli mətbuat yazır ki, Prezident Həsən Ruhani seçkilər ərəfəsində İranda qadınlarla kişilərin bütün sahələrdə bərabərliyini təmin edəcəyinə söz vermişdi. Bu addım Prezidentin verdiyi vədə əməl etdiyini göstərir.
Xatırladaq ki, M. Əfğam İranın tarixində ikinci qadın səfirdir. Birinci dəfə 1976-cı ildə şah Məhəmməd Rza Pəhləvi Mehrəngiz Dölətşahi adlı qadını İranın Danimarkadakı səfiri təyin etmişdi. M.Dölətşahi 1979-cu ildə baş vermiş inqilaba qədər səfir vəzifəsində çalışmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB