Əfqanıstanda 7.7 ballıq zəlzələ FOTOLAR

Əfqanıstanda 7.7 ballıq zəlzələ FOTOLAR

Əfqanıstanın şimal zonasında 7.7 bal gücündə zəlzələ baş verib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində ən az 40 nəfərin həlak olduğu bildirilib.

Zəlzələdən Əfqanıstanla yanaşı, Hindistan və Pakistanın da zərər çəkdiyi bildirilir.

Ölənlər və yaralananlar haqqında məlumatlar bir-biri ilə uzlaşmır. "Röyters" xəbər agentliyinin verdiyi məlumata görə, faciədə çoxlu sayda insan yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə