Düz 70 il əvvəl, 1945-ci il oktyabrın 24-də, Birləşmiş Millətlər Təşkilatının (BMT) bir neçə ay əvvəl San-Fransiskoda BMT-nin təsis konfransında 51 dövlətin nümayəndəsi tərəfindən imzalanan Nizamnaməsi qüvvəyə minib.
"Deutsche Welle" agentliyi bildirir ki, əgər BMT kimi sülhün keşiyində duran təşkilat olmasaydı, onun yeri görünərdi. Çünki bu gün dünya böyük sayda ciddi təhdidlər və beynəlxalq münaqişələrlə, məsələn, terrorizm, Ukraynada böhran, KXDR-dən mütəmadi nüvə təhlükəsi, Yaxın Şərq, o cümlədən xaos girdabına yuvarlanmış Suriya böhranı ilə qarşılaşır. Bütün bunlar baş verənlərin az bir hissəsidir.
İki həftə əvvəl AFR-in xarici işlər naziri Frank-Valter Ştaynmayer bundestaqda çıxış edərək BMT-nin ən nüfuzlu məşvərətçi orqanının "dünya siyasətində baş verən dəyişikliklərə uyğunlaşması" barədə yeni cəhdin başlanmasından danışıb. O, veto hüququnu xüsusilə vurğulayıb. Nazir deyib: "Sadəcə belə ola bilməz ki, bu imtiyaz beynəlxalq təşkilatı bəşəriyyət əleyhinə ən böyük cinayətlər qarşısında fəaliyyətsizliyə düçar etsin".
Beynəlxalq ictimaiyyət 1994-cü ildə "mavi kaskalar"ın Ruandada tutsi xalqına qarşı soyqırımın qarşısını almaq əvəzinə geri çəkilməsindən, habelə 1995-ci ildə BMT sülhməramlı qüvvələrinin Bosniyanın Srebrenitsa şəhərində qırğına yol verməsindən sonra BMT-nin sülhün keşikçisi missiyasına şübhə ilə yanaşır. BMT Xocalı soyqırımına da laqeyd yanaşıb və Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsinin qayğısına qalmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB