Amerikanın məşhur "Forbes" jurnalının yazıçısı Kennet Raposa Rusiyanın Yaxın Şərqə müdaxilə etməsini müsbət qiymətləndirib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, o bildirib ki, Rusiyanın Suriyada apardığı əməliyyatlar bəzi sərmayəçiləri qəzəbləndirsə də Putinin Yaxın Şərqə müdaxilə etməsi iqtisadiyyat üçün yaxşı nəticələr verəcək .
Onun sözlərinə görə, avropalılar əhəmiyyətli tərəfdaş hesab olunan Rusiyaya tətbiq edilən sanksiyaların artıq yorulub və bir çox biznesmen Rusiyaya tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasını səbirsizliklə gözəyir.
Raposanın fikrincə bu gün Rusiya arenadakı oyunçuların əhvalına uyğun bir dəyişən bir bazardır və sərmayəçilərin əhvalı da əvvəlcə Ukraynadakı, sonra neft bazarındakı, daha sonra isə Suriyadakı vəziyyətə görə Rusiyaya dəyişdi: "Çoxmillətli şirkətlər Suriyadakı vəziyyətlə bağlı Rusiyaya qoyulan sərmayələrini heç vaxt kəsməzlər. Bu situasiyada rəsmi Moskva sanksiyaların aradan qaldırılması kimi müsbət, lakin neftin qiyməti ilə sərmayəçiləri qorxudan rəsmi Vaşinqton və Suriya problemi kimi mənfi vəziyyətlərlə qarşı-qarşıyadır".
Yazıçı bildirib ki, Rusiya Suriya problemi ilə bağlı mənfi təsirləri aradan qaldıra bilər. Bununla da Rusiya Qərb və xüsusilə miqrant problemindən əziyyət çəkən Avropa ilə əlaqələrini yaxşılaşdıra bilər.
"Prosperity Capital Management"in direktoru Martin Çarmoyun da fikirləri yazıda ifadə olunub. Çarmoy bildirib ki, Putin Qərbdə odla oynayan və heç bir nəticədə əldə edə bilməyən uşaqlardan daha yetkin davranmalıdır. Onun fikrincə Avropa Birliyi növbəti aylarda Rusiyaya tətbiq olunmuş sanksiyaları geri götürəcək və bu hadisə amerikan və ingilis televiziyalarının Putin obrazını mənfi əks etdirməsinə rəğmən baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB