Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyanın Zabadani və Madaya şəhərlərində son istifadə müddəti keçmiş 320 banderol (qutu) yüksək enerjili biskvit paylayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, BMT-nin Suriyadakı humanitar yardım direktoru Yakob El Hilo bildirib ki, 18 oktyabrda Suriyaya göndərilən 650 qutu biskvitdən 320-nin son istifadə müddəti keçib. BMT səlahiyyətlisinin sözlərinə görə, qidanın son istifadə müddəti sentyabrın 30-da bitib və vaxtı keçmiş qida yüklənmə zamanı səhvən göndərilib.
O, açıqlamasında bildirib ki, biskvitlər uşaqların sağlamlığı üçün heç bir təhlükə törətməyəcək, lakin hər ehtimala qarşı biskvitlərin toplanılması üçün qərar verilib.
BMT biskvitlərin səhvən göndərildiyi bölgələrə səhiyyə işçiləri göndərəcəyini və bölgədə araşdırma aparılacağını bildirib. BMT Zabadani və Madaya şəhərləri ilə yanaşı, Suriyanın İdlib şəhərinin Kafarya və Fua rayonlarına da qida yardımı etmək üçün Suriyadan təcili giriş icazəsi istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB