İspaniya kralı VI Felipe ölkənin şimalındakı Asturiya vilayətində keçirilən ənənəvi mərasimdə çıxış edib. Monarx çıxışında İspaniya Krallığında son dövrlər Kataloniya vilayətindəki proseslər fonunda çox aktuallaşmış parçalanma probleminə toxunub.
O, İspaniya əhalisini mənəvi divarlar yüksəltməməyə, dil və ənənələr baxımından ayrı-seçkilik salmamağa çağırıb. Kral deyib: "İspanlar qədim köklərə malik Avropa xalqıdır. İspaniyalılar bir-birinə rəqib deyillər".
İspaniya monarxı parçalanmanın xalqı heç vaxt ucaltmayacağına, yalnız zəiflədəcəyinə əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB