Pakistanın cənubunda yerləşən Ceykobabad şəhərində baş verən partlayış qurbanlarının sayı 24 nəfərə çatıb. Ölənlərin arasında 6 uşağın da olduğu bildirilir. İnterfax informasiya agentliyi xəbər verir ki, yerli hökumətin məlumatına əsasən, kamikadze partladıcı qurğunu şiələrin Aşura mərasimi zamanı işə salıb.
Bir qədər əvvəl Pakistan rəhbərliyi Aşura günü ölkədə təriqətlər arası sülhü təmin etmək məqsədi ilə 10 minlik hərbçi və 6 minlik hərbiləşdirilmiş birləşmə ayırmışdı.
Xatırladaq ki, Pakistan əhalisinin 20 faizi şiələrdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB