İndoneziyanın yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, güclü meşə yanğınları nəticəsində ən azı on nəfər həlak olub. İndoneziya Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin (BNPB) informasiya mərkəzinin rəhbəri Sutopo Purvo Nuqrohonun bildirdiyinə görə, yanğınların söndürülməsi zamanı bir neçə nəfər həlak olub. Onların ölməsinin səbəbi kimi yanğınlar nəticəsində yaranan tüstünün tənəffüs yollarında yaratdığı problemlər, həmçinin ətraf mühitin kəskin çirklənməsinin insanların səhhətinə mənfi təsiri göstərilir.
BNPB-nin məlumatına görə, ölkədə iyun ayından davam edən yanğınlar 500 minədək insanın tənəffüs yollarında problemlərə səbəb olub. S.P.Nuqroho bildirib ki, real rəqəm ola bilsin qat-qat çoxdur, çünki insanların əksəriyyəti tibb müəssisələrinə müraciət etmir. Həmçinin qeyd edilir ki, Sumatra və Kalimantan adalarında yanğınlar və yaranmış tüstü 43 milyonadək insana pis təsir göstərib.
İndoneziya hökumət orqanlarının bildirdiyinə görə, uşaqları və digər xəsarət alanları yanğınlardan və tüstüdən xilas etmək üçün son vasitə kimi hərbi gəmilər hazırlanır.
Son həftələr ərzində Sumatra və Kalimantan adalarını ağuşuna almış yanğınlar artıq İndoneziyanın şərq hissəsinə də yayılır. Mütəxəssislərin qənaətinə görə, əgər yağışlar başlamasa bu vəziyyət cari ilin sonuna və hətta gələn ilin əvvəllərinədək davam edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB