Dəkkədə üç partlayış 100-dən çox yaralı

Dəkkədə üç partlayış 100-dən çox yaralı

Oktyabrın 24-də Banqladeşdə baş verən üç partlayış nəticəsində 12 yaşlı uşaq həyatını itirib, 100 nəfərdən çox insan isə yaralanıb. Xəbər verilir ki, partlayışlar Banqladeşin paytaxtı Dəkkə şəhərindəki məsciddə törədilib.

Partlayıcı qurğuların Aşura günü ilə əlaqədar 25 min nəfərin toplandığı şiə təriqətinin tədris mərkəzində işə düşdüyü bildirilir. Yerli KİV-lər quraşdırılan 5 partladıcı qurğudan 3-nün partladığını yazırlar. Hələ ki, hadisənin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə