Qərb yarımkürəsinin ən güclü qasırğası hesab edilən Patrisianın yaxında Meksikanın digər ərazilərinə də yayılacağı gözlənilir. SİA-nın Röyters xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, qasırğanın Meksikanın cənubi-qərb ərazilərinə doğru irəlilədiyi bildirilib.
ABŞ Milli Qasırğa Mərkəzinin səlahiyyətli nümayəndəsi Deyv Roberts bildirib ki, qasırğa Sakit okeanın şərqində meydana gələn ən şiddətli qasırğadır. Artıq Meksikanın Kolima, Nayarit və Kalisso əyalətlərində qasırğanın surəti saatda 325 kilometrə çatıb.
Hazırda Meksikada fövqəladə vəziyyət elan edilib.
Bu isə meksikalı vətəndaşı tərəfindən çəkilmiş kadrlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB