Malayziyanın Ali Məhkəməsi İŞİD terrorçu qruplaşmasını sosial şəbəkələrdəki akkauntları vasitəsilə dəstəkləyən qadın barəsində 2,5 il həbs cəzası qərarı qəbul edib. Bu barədə oktyabrın 24-də "Star" qəzeti məlumat yayıb.
Polis 55 yaşlı Azizah Yusufu cari ilin aprelində həbs edərək onun telefonunu və komyuterini götürüb. Təhqiqat zamanı məlum olub ki, həmin qadın Facebook sosial şəbəkəsində özünün və qızının adına səhifələr açaraq burada İŞİD-ə qoşulan oğlu barədə məlumatlar yerləşdirib. Bundan əlavə, həbs olunan qadın həmin səhifələrdə İŞİD barədə təblğat xarakterli materiallar da yayıb. Sonradan qadının İŞİD-in Suriyadakı yaraqlı dəstələrində döyüşən oğlu Abu Ubaydahın həlak olduğu məlum olub.
Bu yaxınlarda Krallığın Ali Məhkəməsi keçmiş hərbi qulluqçunu telefonunda İŞİD-in rəmzini saxladığına görə 7 ay həbs cəzasına məhkum etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB