İsveçdə qılıncla silahlanmış maskalı şəxs məktəbə hücum edib

İsveçdə qılıncla silahlanmış maskalı şəxs məktəbə hücum edib

İsveçin Trolxettan şəhərindəki orta məktəblərdən birinə hücum edilib. Yerli KİV-lərin məlumatına görə, hadisə zamanı 5 nəfər xəsarət alıb. Rusiyanın NTV telekanalı xəbər verir ki, hücumu qılıncla silahlanmış maskalı şəxs törədib. Yaralananların birinin müəllim, dördünün isə şagird olduğu bildirilir. Son məlumata görə, yaralı müəllim xəstəxanada keçinib. İki şagird əməliyyat olunub.

Polis cinayətkarı həbs edərkən atəş açmağa məcbur olub. Onun səhhəti barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə