İraq ordusu Beyci mahalında İŞİD-ə məxsus 19 toplu məzar aşkar edib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, məzarlardan 365 İŞİD üzvünün cəsədi tapılıb.
Bağdadın cənubunda yerləşən bir çox mahalda İraq ordusu tərəfindən tədqiqat aparılıb. Tədqiqatlar zamanı Səlahəddin vilayətində toplu məzar aşkar edib. Cəsədlərin İŞİD-ə aid olduğunun nədən məlum olduğu və məzarın nə vaxt qazıldığı ilə bağlı hələ ki, məlumat verilməyib.
Qeyd edək ki, İraq ordusu Səlahəddin və Ənbar vilayəti də daxil olmaqla, İŞİD-in işğal etdiyi bir çox bölgədə hərbi əməliyyatlarına davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB