ABŞ və NATO Avropada yerləşdirilməsi planlaşdırılan raketdən müdafiə sistemini ilk dəfə testdən keçirib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın NATO-dakı daimi təmsilçisi Aleksandr Qruşka ABŞ və NATO ölkələrinin Avropada raketdən müdafiə sistemini ilk dəfə testdən keçirməsinə reaksiya verib.
Tədqiqatlar Atlantik okeanının şimali-şərqində həyata keçirilib.
Qruşka isə bildirib ki, tədqiqatların həyata keçirildiyi bölgə yanlış seçilib. Onun sözlərinə görə, ABŞ və NATO-nun Avropadakı raketdən müdafiə sistemləri bölgədəki sabitliyi poza bilər. Bu baxımdan o, Rusiyanın çox narahat olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB