Merkel Netanyahuya cavab verdi “Yəhudi soyqırımı ...”

Merkel Netanyahuya cavab verdi “Yəhudi soyqırımı ...”

Almaniyanın Baş naziri Angela Merkel İsrailin Baş naziri Binyamin Netanyahuya yəhudi soyqırımı ilə bağlı cavab verib. SİA-nın məlumatına görə, Netanyahu bir neçə gün öncə çıxış edərək bildirmişdi ki, yəhudi soyqırımında Hitler yox, fələstinlilər günahkardır.

Belə ki, Netanyahu yəhudi soyqırımı ideyasının Hitler tərəfindən yox, fələstinli müfti Hacı Əmin Hüseyn tərəfindən önə sürüldüyünü bildirib. Bu çıxışdan sonra Almaniyanın Baş naziri Angela Merkel Berlində mətbuat konfransa keçirib.

Merkel bildirib ki, Almaniya Nasional Sosialistlərə görə yəhudi soyqırımı ilə bağlı məsuliyyət daşıdığını bilir: "Almaniya yəhudi soyqırımının məsuliyyətini daşıyır. Bu problemlə bağlı tarixi dəyişdirməyə səbəb görmürəm".

Almaniyanın Federal Hökumət sözcüsü Steffan Seybert isə yəhudi soyqırımdan Almaniyanın məsuliyyət daşıdığını və bundan qaçmadıqlarını bildirib.

Netanyahunun sözləri İsrail və Fələstində də geniş müzakirələrə səbəb olub. Fələstinin baş müzakirəçisi Saib Ərəkət bildirib ki, Netanyahu bu böyük insanlıq faciəsini öz siyasi əməllərinə alət etməməlidir. İsrailin Müdafiə naziri Moşe Yalon isə: "Yekun qərarı Hüseyn vermədi, bu Hitlerin şeytani ideyası idi" – dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə