"Russia Today" kanalına müsahibə verən Argentinanın dövlət başçısı Kristina Kiçer bildirib ki, Rusiyanın İŞİD-ə qarşı apardığı əməliyyatlar Putini terrorla mübarizədə qlobal bir liderə çevirib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kiçer Putinin qlobal terrorizmlə mübarizədə açar rolunu oynadığını vurğulayıb.
130 illik diplomatik əlaqələrin qurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putin Argentinanın dövlət başçısı Kristina Kiçerlə video konfrans zamanı görüşüb. Daha sonra isə Kristina Kiçer "Russia Today" kanalına müsahibə verib.
Onun sözlərinə görə, Rusiya başçısı Putin Şərqdə gedən gərgin proseslərin həllində çox böyük addımlar atıb. Eyni zamanda o qeyd edib ki, Rusiya terrorla mübarizədə ikiüzlülüyü aradan götürüb və insanların hadisələri daha obyektiv, olduğu kimi görməsinə şərait yaradıb. Onun fikrincə Rusiyanın atdığı bütün bu addımlar Yaxın Şərqdəki hadisələrin həll olunmasına böyük köməklik göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB