Rusiyanın İctimai Araşdırma Mərkəzinin tərtib etdiyi anketə görə Rusiya əhalisinin 90 faizi prezident Vladimir Putin tərəfdarıdır. SİA-nın məlumatına görə, bu hadisə Rusiya tarixində ilk dəfə baş verib. Bundan əvvəl heç bir prezident xalqın əksəriyyəti tərəfindən bu qədər dəstəklənməyin.
Belə ki, 2015-ci ilin 17-18 oktyabr tarixləri arasında həyata keçirilən anketdə vətəndaşların 89.9 faizi prezident Vladimir Putinin həyata keçirdiyi işlərə dəstək verdiyini bildirib. Buna oxşar daha bir anket isə iyun ayında keçirilib. Həmin anketdə Putini dəstəkləyən əhalinin 89.1 faizi təşkil etdiyi bildirilib və bu faiz göstəriciləri o zaman üçün rekord sayılıb. Yeni anketin nəticəsinin bundan daha üstün olması isə rekordun yenidən təzələnməsinə imkan verib.
Ekspertlərin fikrincə İŞİD-ə qarşı Suriyada aparılan əməliyyatlar xalqın Putinə olan rəğbətini daha ada artırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB