190 min hektar ərazi külə döndü FOTOLAR

190 min hektar ərazi külə döndü FOTOLAR

İndoneziyada 190 min hektarlıq meşə ərazisi yanaraq külə dönüb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, İndoneziyanın Qanuni, Siyasi və Təhlükəsizlik İşləri Koordinasiyası naziri bildirib ki, yanğınların nəzarətə alınma sı bir aydan çox vaxt çəkə bilər.

Onun sözlərinə görə, yanğınsöndürən qruplar gecə-gündüz bölgədə əməliyyatlar aparırlar: "Yanğınsöndürmə əməliyyatları gecə-gündüz, aralıqsız olaraq davam edir. Lakin mövsümlə bağlı yanğını söndürməkdə çətinlik çəkirik".

O bildirib ki, hələ 5 həftə ərzində vəziyyət gərgin olaraq qalacaq.

Qeyd edək ki, artıq yanğınlar iki aydır ki, davam edir və yanğının söndürülməsində Rusiya, Yaponiya və Malayziya da dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə