İtmiş “Boeing-777” sərnişin təyyarəsi tapıldı

ABŞ mütəxəssisləri: Sonar vasitəsilə Hind okeanında itmiş “Boeing-777” sərnişin təyyarəsinin yeri tapılıb
İtmiş “Boeing-777” sərnişin təyyarəsi tapıldı

Avstraliya tərəfindən Hind okeanında axtarışı davam etdirilən Malayziya Hava Yollarına məxsus 2014-cü ilin martında itmiş "Boeing-777" sərnişin təyyarəsinin olduğu yer, çox güman ki, diqqətdən kənarda qalıb.

Bu fikri axtarışlarda iştirak edən "Fugro Discovery" gəmisinin apardığı və bu günlərdə Avstraliya Nəqliyyatda Təhlküəsizlik Bürosu tərəfindən yayımlanmış çəkilişləri tədqiq edən ABŞ-ın "Williamson and Associates" şirkətinin mütəxəssisləri səsləndiriblər.

Yerli kütləvi-informasiya vasitələrinin verdiyi məlumata görə, amerikalı mütəxəssislər "Fugro Discovery" gəmisinin dərin sularda apardığı çəkilişlər zamanı Hind okeanında müəyyən edilmiş iki böyük sektorun şəkillərini 2009-cu il iyununda Rio-de-Janeyrodan Parisə uçarkən qəzaya uğramış Air Franse şirkətinə məxsus təyyarənin Atlantik okeanının dibindəki parçalarının fotoları ilə müqayisə edərkən müəyyən oxşarlıq aşkar ediblər.

Mütəxəssislərin qənaətinə görə, sonar apartının aşkar etdiyi obyektlərin dairəvi formada olması, onların süni yolla yaradılması fikrini təsdiq edir. Bunu həmin obyektlərin sıxlığının təbii qaya parçalarının sıxlığından artıq olması da təsdiqləyir.

Bunları nəzərə alan amerikalı alimlər axtarış əməliyyatının iştirakçılarını geri qayıdaraq, həmin rayonu daha diqqətlə tədqiq etməyə çağırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə