Putin və Ərdoğan Əsədlə bağlı görüşdü TƏCİLİ

Putin və Ərdoğan Əsədlə bağlı görüşdü TƏCİLİ

Suriya başçısı Bəşər Əsədin Moskvaya səfərindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə informasiya Türkiyənin prezident aparatından verilib.

Məlumata əsasən Ərdoğan və Putin Moskvada həyata keçirilən görüşdən sonra telefonla əlaqə saxlayıblar. Türkiyə prezidenti Ərdoğan Suriyada baş verən hadisələrlə və Türkiyənin yeni miqrant axını ilə bağlı öz narahatçılığını Putinin diqqətinə çatdırıb.

Ərdoğan Hələb şəhərində davam edən terror aktlarından danışıb və Suriyada fəaliyyət göstərən terror təşkilatlarının bir-biri ilə əlaqəsini nəzərə çatdırıb.

Ərdoğan söyləyib ki, Türkiyənin İŞİD də daxil olmaqla bütün terror təşkilatlarına qarşı mövqeyi eynidir. Görüşdə ümumilikdə Əsədin Moskvaya səfərinin təfərrüatları müzakirə olunub.

Qeyd edək ki, Putin və Ərdoğanın gələn ay Antalyada görüş keçirməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə